Ru
12:59 / 05 İyul 2024

Bakıda yeni doğulmuş körpə parka atıldı

Bakıda yeni doğulmuş körpə parka atıldı
Eye

Ötən gecə Suraxanı rayonu Qaraçuxur qəsəbəsindəki parklardan birində polis əməkdaşları xidmət aparan zaman yeni doğulmuş körpə (oğlan uşağı) aşkar ediblər.

Bakupost.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, polis leytenantı Lumu İsrəfilli bildirib ki, polis əməkdaşları körpəyə ilkin tibbi yardım göstəriblər:

"Vaxtında görülən tədbirlər nəticəsində körpənin həyatı xilas edilib. Daha sonra polislər körpəni xəstəxanaya yerləşdirib. Hazırda körpənin vəziyyəti normaldır. Həyatı üçün təhlükə yoxdur. Körpənin valideynlərinin tapılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir".

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar