Ru
12:46 / 13 Dekabr 2021

Bakıda Yeni il Milli Kitab Sərgisi keçiriləcək

Bakıda Yeni il Milli Kitab Sərgisi keçiriləcək
Eye

Dekabrın 15-i saat 15:00-da Bakı İdman Sarayının (Əl Oyunları Sarayı) əsas zalında Yeni il Milli Kitab Sərgisinin təntənəli açılışı olacaq.

Bakupost.az xəbər verir ki, açılış mərasimində tanınmış ədəbiyyat və mədəniyyət adamları, ictimai xadimlər, ziyalılar, naşirlər və media nümayəndələri iştirak edəcək.

Müstəqil nəşriyyatların və kitab mağazalarının qatılacağı sərgi-yarmarka bir həftə davam edəcək.

Tədbirdə təqdimat mərasimləri, müxtəlif mövzulara həsr olunmuş panellər, film təqdimatları, şeir və musiqi gecələri, yazar, aktyor, müğənni, rep və stendapçılarla görüşlər, oxu saatı, motivasiya çıxışları təşkil olunacaq, uşaqlar üçün Şaxta Baba və Qar Qızın iştirakı ilə xüsusi əyləncəli proqramlar hazırlanacaq.

Milli Kitab Sərgisinin təşkilatçıları Azərbaycan Yazıçılar Birliyi və Mədəniyyət Nazirliyi yanında İctimai Şura, “Əli və Nino” mağazalar şəbəkəsi və “Qanun” Nəşrlər Evidir.

Xatırladaq ki, I Milli Kitab Sərgisi bu ilin 1-10 oktyabr tarixlərində eyni ünvanda keçirilmiş, paytaxt sakinləri və şəhərimizin qonaqlarının böyük marağına səbəb olmuşdu.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar