Ru
16:19 / 24 İyun 2026

Bakıda zibillikdən “Chevrolet Cobalt” tapıldı - FOTO

Bakıda zibillikdən “Chevrolet Cobalt” tapıldı - FOTO
Eye

Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində, Şuşa şəhərciyi ərazisində maraqlı hadisə qeydə alınıb.

Bakupost.az Musavat.com-a istinadla xəbər verir ki, ərazidə yerləşən zibillikdə “Chevrolet Cobalt” markalı minik avtomobili aşkarlanıb.

Avtomobilin üzərində dövlət qeydiyyat nişanı yoxdur, şüşələrinin bir hissəsi isə sınıq vəziyyətdədir.

Sakinlərin verdiyi məlumata görə, nəqliyyat vasitəsi uzun müddətdir ki, həmin ərazidədir. Avtomobilin kimə məxsus olduğu hələlik məlum deyil.

Avtomobilin sahibi və ya onunla bağlı məlumatı olan şəxslərdən aidiyyəti qurumlara müraciət etmələri xahiş olunur.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar