Bakının bir sıra yollarında tıxac yaranıb.
Bakupost.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda yollardakı vəziyyət:
1. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində;
2. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən, hər iki istiqamətdə;
3. Tbilisi prospekti, hər iki istiqamətdə;
4. Bakıxanov küçəsi, "Dədə Qorqud" parkı istiqamətində;
5. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində;
6. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
7. Şəmsi Bədəlbəyli küçəsi, "Qış parkı"nın qarşısından Mərkəzi Bank istiqamətində;
8. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;
9. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
10. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;
11. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;
12. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
13. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində;
14. Səməd Vurğun küçəsi, Bakı Dövlət Sirkinin qarşısından Bakıxanov küçəsi istiqamətində;
15. Abdulla Şaiq küçəsi, Dövlət Statistika Komitəsi istiqamətində;
16. Neftçilər prospekti, Yusif Səfərov küçəsi istiqamətində;
17. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində;
18. "20 Yanvar" dairəsində;
19. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.