***
16:21
Balakəndə kişi 21 yaşlı arvadını qətlə yetirib.
Bu barədə Bakupost.az -a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, iyulun 27-də Balakən rayon sakini, 2001-ci il təvəllüdlü Əbdürəhmanova Emilya Məzahir qızının bıçaqla qəsdən öldürməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırmalarla zərərçəkmişin əri, 1995-ci il təvəllüdlü Elton Layicovun qısqanclıq zəminində arvadına bıçaq xəsarətləri yetirərək öldürməsinə əsaslı şübhələr müəyyən olunub.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Elton Layicov şübhəli şəxs qismində tutulub.
***
14:47
Balakəndə bu gün bıçaqlanan qadın ölüb.
APA-nın şimal-qərb bürosunun məlumatına görə, boğazı kəsilən Emilya Abdurahmanova xəstəxanada keçinib.
Faktla bağlı Balakən rayon prokurorluğunda araşdırma aparılır.
***
13:22
Balakəndə küçədə 21 yaşlı qız bıçaqlanıb.