Ru
08:00 / 28 İyun 2025

Rusiya Odessaya zərbələr endirdi - Ölənlər var - FOTO

Rusiya Odessaya zərbələr endirdi - Ölənlər var - FOTO
Eye

İyunun 27-si gecə saatlarında Rusiya Silahlı Qüvvələri Odessa şəhərinə və ətraf ərazilərə hava zərbələri endirib. Hücum nəticəsində şəhərdə yanğın baş verib.


Bakupost.az xəbər verir ki, Ukrayna Hava Qüvvələrinin məlumatına görə, Rusiyaya məxsus zərbə pilotsuz uçuş aparatları Qara dənizdən havaya qalxaraq Çornomorskoye və Odessa istiqamətində irəliləyib.

Odessa Regional Dövlət Administrasiyasının rəhbəri Oleq Kiper bildirib ki, hücum nəticəsində yaşayış evləri və avtomobillər də daxil olmaqla mülki infrastruktur zərər görüb. Yaralılarla bağlı məlumatlar dəqiqləşdirilir, hadisə yerində xilasetmə və bərpa işləri aparılır.

İlkin məlumatlara görə, hücum nəticəsində azı 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Aysel,
Bakupost



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar