Rusiyanın Yekaterenburq şəhərində OMON dəstəsi Ziyəddin və Hüseyn Səfərovların evinə basqın edərək, hər iki şəxsi qətlə yetiriblər.
Bakupost.az xəbər verir ki, bu barədə APA-ya Səfərovların qardaşı Seyfəddin Hüseyli məlumat verib.
"İki qardaşımı da işgəncə ilə öldürüblər",-deyə Seyfəddin Hüseynli bildirib.
Onun sözlərinə görə, 25 il bundan əvvəl olan naməlum cinayət hadisəsinə görə kütləvi həbslər başlayıb.
"İki qardaşım öldürülüb, heç nə demədən evlərə basqın ediblər. Ailəni, evdə yaşayan insanları kütləvi həbs ediblər. Qardaşlarımı da işgəncə ilə öldürüblər".
***
Bu gün Rusiyanın Yekaterenburq şəhərində OMON dəstəsi azərbaycanlıların evinə basqın edib.
Bakupost.az xəbər verir ki, bu barədə yazıçı İlham Əziz Feysbuk səhifəsində yazıb.
O bildirib ki, dəstə üzvləri basqın nəticəsində Səfərov Ziyəddin Mehdi oğlunu işgəncə ilə öldürüblər:
"O biri qardaşlarını da naməlum yerə aparıblar. Qeyd edək ki, Səfərov Ziyəddin tanınmış ədəbiyatşünas Seyfəddin Hüseynlinin qardaşıdır. Azərbaycan dövlətindən bu məsələyə dərhal münasibət bildirməyi və tədbir görməyi xahiş edirik!", - o əlavə edib.
Qeyd edək ki, Seyfəddin Hüseynli 525-ci qəzetin redaktoru, "Dünya ədəbiyyatı" junalınin baş redaktorudur.
Aygün,
BakuPost