Ru
19:57 / 27 İyun 2025

Gömrük borcları ilə bağlı yeniliyin - Detalları

Gömrük borcları ilə bağlı yeniliyin -  Detalları
Eye

Milli Məclisin plenar iclasında Gömrük Məcəlləsinə təklif edilən dəyişikliklər birinci oxunuşda qəbul edilib.

Bakupost.az xəbər verir ki, bu barədə Millət Vəkili Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, dəyişikliklərə əsasən, gömrük borcu yalnız bəyannaməçi tərəfindən ödəniləcək.

"Belə ki, hüquqi şəxs ölkəyə mal idxal edirsə, gömrük rüsumunu bəyannaməçi, yəni həmin hüquqi şəxs özü ödəməlidir. Bundan əlavə, vətəndaş xaricdən gəlirsə və hər hansı gömrük ödənişi etməlidirsə, bu məbləğ də onun, yəni bəyannaməçinin özü tərəfindən ödəniləcək. Bütövlükdə, yeni dəyişikliklər təsdiq olunduqdan sonra artıq başqa şəxsin gömrük borcunu ödəmək daha mümkün olmayacaq", - deyə deputat qeyd edib.

Daha ətraflı Baku TV-nin süjetində:



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar