Ru
19:17 / 27 İyun 2025

Putin: Ukrayna ilə danışıqların növbəti raundunu İstanbulda keçirməyə hazırıq

Putin: Ukrayna ilə danışıqların növbəti raundunu İstanbulda keçirməyə hazırıq
Eye

Rusiya Ukrayna ilə danışıqların növbəti mərhələsini İstanbulda keçirməyə hazırdır və bu məsələdə göstərdiyi köməyə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana minnətdardır.

Bakupost.az xəbər verir ki, bunu Rusiya lideri Vladimir Putin Belarusun paytaxtı Minskə səfərinin yekunu üzrə jurnalistlərlə söhbətində deyib.

Onun sözlərinə görə, Rusiya tərəfi daha üç min həlak olmuş hərbçinin meyitini Ukraynaya təhvil verməyə hazırdır.

“Rusiya və Ukrayna mübadilələr başa çatdıqdan sonra təmasları davam etdirəcək”, - deyə Putin iki ölkənin danışıqlar qruplarının rəhbərlərinin daim qarşılıqlı əlaqədə olduqlarını və bir-birlərinə zəng etdiklərini bildirib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar