Ru
19:44 / 27 İyun 2025

Türkiyədə güclü yanğın: Əhali təxliyə olundu

Türkiyədə güclü yanğın: Əhali təxliyə olundu
Eye

Türkiyənin Bursa şəhərində zeytun ağaclarının olduğu açıq ərazidə yanğın olub.

Bakupost.az xəbər verir ki, hadisə Osmanqazi rayonunun Demirtaş məhəlləsində qeydə alınıb.

Yanğın sonra meşəyə, sonra iki min sakinin yaşadığı İsmetiye məhəlləsindəki evlərə sıçrayıb.

Hadisə yerinə helikopterlər, 14 yanğınsöndürən maşın, 139 nəfər yanğınsöndürən cəlb olunub.

Ərazidən 100 nəfər təxliyə olunub, 14 nəfər xilas edilib. Xəsarət alan və ya ölən barədə məlumat yoxdur. Hadisənin səbəbi hələ məlum deyil.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar