İrəvanda Daşnaksütyun Partiyasının gənclər qanadı və "Nikol Ağbalyan" tələbə birliyinin 10-dan çox nümayəndəsi saxlanılıb.
Bakupost.az xəbər verir ki, bunu “Hayastan” fraksiyasından deputat Kristin Vardanyan deyib.
Vardanyan bildirib ki, saxlanılan fəallar üçün polis bölməsinə vəkillər yönləndirilib.
Qeyd edək ki, Ermənistan hüquq-mühafizə orqanları Apostol Kilsəsinin Şirak yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Acapaxyana dəstək vermək üçün Ermənistan İstintaq Komitəsinin binası qarşısında toplaşan vətəndaşları saxlamağa başlayıb.
***
20:10
Ermənistan İstintaq Komitəsinin binası yaxınlığında saxlanılanlar var.