Ru
19:33 / 27 İyun 2025

Finlandiya Rusiya ilə sərhədini bağlı saxladı

Finlandiya Rusiya ilə sərhədini bağlı saxladı
Eye

Avropa Parlamenti Finlandiyanın Rusiya ilə sərhədinin açılmasına dair petisiyaya baxmağı dayandırıb.

Bakupost.az xəbər verir ki, bu barədə Avropa Parlamentinin nümayəndəsi Alessio İnkorvaya deyib.

"Avropa Parlamentinin Müraciətlər Komitəsi bu sorğunu bağlamaq qərarına gəlib. Finlandiya Ukraynadakı münaqişə və Rusiyadan qaynaqlanan hibrid təhlükələr kontekstində Şengen Məcəlləsinə uyğun olaraq müəyyən sərhəd keçid məntəqələrini bağlamaq hüququna malikdir", - o bildirib.

Qeyd edək ki, 2024-cü ilin oktyabrında Avropa Parlamenti Finlandiyanın rusdilli sakinlərinin Helsinki tərəfindən Rusiya ilə sərhəddəki keçid məntəqəsinin bağlanması barədə petisiyasını təsdiqləmişdi.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar