Ru
13:21 / 06 Yanvar 2023

BANM-ın layihəsi Almaniyada qalib gəldi

BANM-ın layihəsi Almaniyada qalib gəldi
Eye

SOCAR-ın Bakı Ali Neft Məktəbinin "Neft hasil edən ölkələrdə enerji keçidi" mövzusunda təqdim etdiyi beynəlxalq yay məktəbi layihəsi DAAD Alman Akademik Mübadilə təşkilatı tərəfindən elan olunmuş tenderdə qalib gələrək qrant əldə edib.

Bakupost.az bildirir ki, layihə çərçivəsində Almaniyanın ən nüfuzlu universitetlərindən 15 tələbənin Azərbaycana 2 həftəlik səfəri təşkil olunacaq.

Tələbələr BANM-in professor-müəllim heyəti tərəfindən xüsusi hazırlanmış dərslərdə iştirak edəcək, SOCAR-la tanış olacaq, ölkəmizdə bərpaolunan enerji sahəsində görülən işlər barədə məlumat ala biləcəklər. Onlar həmçinin Azərbaycanın adət-ənənələri, tarixi, mədəniyyəti ilə yaxından tanış olmaq imkanı qazanacaqlar. Alman tələbələr dilimiz barədə məlumat əldə edəcək, muzeylərə ekskursiyaya aparılacaq, Azərbaycanın rayonlarına səfər edəcəklər.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar