ABŞ-ın sabiq prezidenti Donald Tramp namizədlikdən geri çəkilən hazırkı prezident Co Baydeni sona qədər təqib etmək qərarına gəlib.
Bakupost.az xəbər verir ki, o, "Truth Social"da Baydenin prezidentlikdən uzaqlaşdırılması ilə bağlı paylaşım edib.
"İndi bizin ölkəmizi kim idarə edir? Bu, oğurluğa meyilli Co deyil. O, harada olduğundan xəbərsizdir. Əgər prezidentliyə namizədliyini irəli sürə bilmirsə, deməli, ölkəmizi idarə edə də bilməz!", - deyə Tramp bildirib.
Zaur
BakuPost