Ru
12:46 / 25 Mart 2023

Bazar gününün hava proqnozu

1784
Sabahın hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bakupost.az -a verilən məlumata görə, martın 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 7-10° isti, gündüz 16-21° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında sabah hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 7-11° isti, gündüz 18-23° isti, dağlarda gecə 0-5° isti, gündüz 6-11° isti olacaq.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər