Ru
12:39 / 17 İyun 2022

BDU müəlliminin şok səs yazısı: "3-5 minə həll edilir"

BDU müəlliminin şok səs yazısı: "3-5 minə həll edilir"
Eye

Bakı Dövlət Universitetinin müəlliminin tələbələrdən pul almaq üçün onları imtahandan kütləvi şəkildə kəsdiyi iddia edilib.

Bakupost.az xəbər verir ki, Oxu.az-a müraciət edən BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin tələbələri kafedra müəllimi Sədaqət Əhmədovanın onlardan pul almaq üçün imtahandan kütləvi şəkildə kəsdiyini bildiriblər.


Tələbələr iddia ediblər ki, imtahandan kəsilənlərə üç-beş min manat arası pul ödəyəcəkləri halda məsələnin həllini tapacağı bildirilib.


BDU-dan səs yazısına cavab olaraq qeyd edilib ki, məsələ ciddi araşdırılır:


“Nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək. BDU-da son üç ildə daxili mühitin saflaşdırılması, tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi, şəffaflığın təmin olunması və neqativ hallarla mübarizə aparılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

BDU bu məsələdə tələbələri, müəllimləri və bütünlükdə ictimaiyyəti universitetə dəstək olmağa çağırır”.





Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar