Ru
17:44 / 30 May 2024

"Berqa” uşaqlar üçün bol əyləncəli konsert təşkil edəcək

932
Dadı və özünəməxsus ətri ilə seçilən “Berqa” əhvalınızı dəyişdirməyə davam edir. Amma bu dəfə balacalara xoş əhval-ruhiyyə bəxş edəcək.

Bakupost.az xəbər verir ki, 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günündə saat 16:00-da “Berqa”nın təşkilatçılığı ilə “Park Bulvar”da uşaqlar üçün möhtəşəm konsert proqramı keçiriləcək. Musiqi və rəqsin müşayiəti ilə baş tutacaq konsertdə uşaqların bolluca əylənməsi üçün hər cür şərait yaradılacaq. Müxtəlif oyunlar oynanılacaq. Həmçinin balacalara hədiyyələr təqdim ediləcək.


Konsertdə iştirak edərək “Berqa” ilə uşaqlarınıza xoş anlar yaşadın!

Qeyd edək ki, “Berqa” ölkənin premium çay markası olaraq insanları hər zaman yeni məhsulları ilə sevindirməyə davam edir. Əsas məqsəd “Berqa” çayı ilə insanların əhvalını dəyişdirmək və onlara xoş əhval bəxş etməkdir.

Konsertlə bağlı əlavə məlumat əldə etmək üçün “Berqa” çayının instaqram səhifəsini izləyə bilərsiniz.

Berqa Tea (@berqa_tea_) • Instagram photos and videos


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər