Ru
15:53 / 14 Fevral 2024

Binaların liftini, qapılarını, kameralarını... oğurladılar - Sumqayıtda əhali təşviş içində - VİDEO

8027
Abşeron rayonu “Stansiya Sumqayıt”, yeni yaşayış massivində yaşayan sakinlər binalarda baş alıb gedən oğurluq hadisələri ilə bağlı şikayətçidirlər.

Bu barədə Bakupost.az –a müraciət edən Şəmistan adlı bina sakini bildirir ki, binanın qapıları, kamera sistemləri, kombilər və s. oğurlanıb:

“Yaşadığımız ərazi, bu binalar dövlət tərəfindən şəhid ailələri, qazilər, imtiyazlı şəxslər üçün tikilən binalardır. Demək olar ki, hər binadan oğurluq olub. Məsələn, bir binada 20 mənzili uşaq evi sakinlərinə veriblər. Ailə başçısı səhərdən axşama qədər işdə olur. Bəziləri isə Qarabağda işləməyə gedib, evdə ailəsi, həyat yoldaşı, uşağı tək qalır. Onlar da qorxurlar. Sanki oraya gələn oğrular da bilir ki, orada qalanların yoldaşları evdə yoxdur. Binanın qapılarını söküblər, zirzəmidə liftə aid kabellər var idi, onu da kəsib aparıblar. 28 binada demək olar ki, bütün kombiləri söküb aparıblar”.

Binada mühafizənin olmadığını deyən sakin qeyd edir ki, əvvəllər kameralar quraşdırılsa da, onu da söküb aparıblar.

“Polisə, İcra Hakmiyyətinə müraciət olunub, amma nəticə yoxdur. Bizim qaldığımız binanın liftini söküblər, 9-cu mərtəbədə qalırıq. Körpə uşaqlarla piyada düşüb qalxıram. Şübhələndiyimiz şəxslər var, amma o səlahiyyətdə deyilik ki, onları tutaq. Daha əvvəl 1-2 adam saxlamışdılar, amma buraxdılar”.




Aygün
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər