Ru
14:43 / 28 May 2024

“Böyük dövlətlər Azərbaycanda sabitlik olmasını istəyir” - Qulu Məhərrəmli

1533
“Müstəqillik əlbəttə ki, bütün yer üzündə yaşayan xalqların, millətlərin ali arzusudur. Dünyada mövcud olan 3-4 min xalq, millət, etnik qrup, toplumun yalnız 200-nün dövləti var. Nə gözəl ki, Azərbaycan da o siyahının içərisindədir. Ona görə hər bir azərbaycanlı Azərbaycan tarixi, milli varlığımız, dövlətimiz üçün bu günün əhəmiyyətini xüsusi bir şəkildə anlayır və qeyd edir”.

Bunu Bakupost.az -a açıqlamasında professor Qulu Məhərrəmli deyib.


O, müstəqil Azərbaycanın bu gün sürətlə inkişaf etdiyini bildirib:


“Biz bu günü qurucu babalarımızın əziz xatirəsini yad etməklə qeyd edirik. Çox sevinirik ki, Azərbaycan bu gün sözün həqiqi mənasında müstəqil bir dövlətdir, beynəlxalq hüququn subyektidir, beynəlxalq təşkilatların tam hüquqlu üzvüdür, özü aktiv, fəal xarici siyasət aparır, dünya siyasətində, xüsusən regional siyasətdə çox önəmli rol oynayır. Əlbəttə ki, bunların hamısı birbaşa müstəqilliyin nəticəsidir. Bu gün ölkədə çox ciddi quruculuq işləri gedir. Mən işğaldan azad olunmuş əraziləri nəzərdə tuturam. O ərazilərdə yeni kommunikasiya, infrastruktur yaradılır. Azərbaycan özünün iqtisadi maraqlarını reallaşdırmaq üçün çox əzəmətli quruculuq işləri aparır.
Hesab edirəm ki, bu işlərin bir qismi böyük dölətlərin də maraqlarıyla üst-üstə düşür. O mənada ki, indi dünya siyasətində iqtisadi amil ön plandadır. Amerika, Rusiya, Çindən tutmuş digər böyük dövlətlərə qədər əksər dövlətlərin regionda maraqları ondan ibarətdir ki, burda sülh, sabitlik olsun. Kommunikasiyaların qovşağında olan bir ölkə kimi Azərbaycan bu proseslərdə iştirak eləsin. Bütün bunların hamısı əlbəttə ki, bu gün Azərbaycanı idarə edənlərdən çox böyük ağıl, intellekt, çevik xarici siyasət tələb edir və nə gözəl ki, bu proseslər yüksək səviyyədə reallaşdırılır. Azərbaycanın müstəqil olması əlbəttə, həm də insanların firavanlığından, onların hüquq və azadlıqların reallaşmasından ibarətdir. Bu sahədə müəyyən problemlər olsa da, hər halda işlər görülür. Daha çox iş görülməyinə ehtiyac artıb və əminik ki, addım-addım irəlilədikcə, o problemlər həllini tapacaq. İstiqlal, müstəqillik günümüz mübarək olsun”.


Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər