Ru
18:26 / 05 Avqust 2022

“Britaniya hökuməti hüquqi prosedur başlatmalıdır” - QHT sədri

“Britaniya hökuməti hüquqi prosedur başlatmalıdır” - QHT sədri
Eye

"Vətəndaş cəmiyyəti nümayəndəsi olaraq, Britaniya hökumətinin də baş verən hadisəyə münasibət bildirməsini və hüquqi prosedur başlanmasını gözləyirik”.



Bakupost.az xəbər verir ki, bunu öz "Facebook" səhifəsində "Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri Günel Səfərova yazıb.



”2022-ci il avqustun 4-də Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstə üzvünün hücumuna məruz qalıb. Yayılan videolardan da göründüyü kimi, Azərbaycan bayrağına münasibətdə hörmətsizlik nümayiş etdirilib, eyni zamanda ciddi qanun pozuntularına yol verilib, polis isə izləmə mövqeyi tutub və məsələyə dərhal müdaxilə olunmayıb. Ümid edirəm ki, Vyana Konvensiyasına əməl ediləcək və Böyük Britaniya hüquq mühafizə orqanları ciddi hüquqi addımlar atacaq.



Nəzərinizə çatdırmaq istərdim ki, Azərbaycan 1992-ci il 21 iyul tarixində Vyana Konvensiyasına qoşulub. Konvensiyaya əsasən, konsulluq münasibətlərinin qurul­ması qarşılıqlı razılıq əsasında həyata keçirilir və səfirlik binaları toxunulmazdır. Konvensiyaya görə, diplomatik nümayəndəliklərin başçılarının razılığı olmadan konsulluq binalarına heç kim daxil ola bilməz", - deyə G.Səfərova vurğulayıb.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar