Ru
12:50 / 21 Yanvar 2023

Britaniya Ukraynaya 600 raket verəcək

Britaniya Ukraynaya 600 raket verəcək
Eye

Böyük Britaniya Ukraynaya 600 Brimstone raketi göndərəcək.

Bakupost.az Sky News-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə naziri Ben Uolles Estoniyada keçirdiyi mətbuat konfransında bildirib.,

"Bu gün mən deyə bilərəm ki, biz müharibə teatrına daha 600 Brimstone raketi göndərəcəyik", - nazir deyib.

O, bildirib ki, Britaniya bu il və gələn il Ukraynaya dəstəyini davam etdirəcək.

Bu həftənin əvvəlində Britaniya hakimiyyəti Kiyevə “Challenger 2” tankları və onlarla özüyeriyən AS-90 artilleriya qurğularının verilməsi barədə qərarı təsdiqləyib.

Zaur
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar