Bakıda vətəndaşlardan biri “Bravo” marketlər şəbəkəsində ekspress kassalardan istifadə qaydaları ilə bağlı narazılığını bildirib.
Bakupost.az xəbər verir ki, o, bu barədə videomüraciət yayıb.
Vətəndaş bildirib ki, bəzi alıcılar ekspress kassaların təyinatına uyğun davranmır və bu da növbələrdə sıxlıq yaradır:
"Araba ilə çoxsaylı məhsul alanlar sonradan onları qucaqlarına yığıb bu kassalardan istifadə edirlər. Bu isə az məhsul alanların vaxt itkisinə səbəb olur. Xahiş edirəm, ekspress kassalarda məhsul sayı limiti qoyulsun. Məsələn, 4 ədəddən artıq məhsul olarsa, digər kassaya yönləndirilsin".
Lalə
mence cox duz deyir bir su ucun girirsen ne qeder vaxt serf etmeli olursan exspres kassalar daima tez bazar nece deyerler yol ustu çyosk kimi olmalıdır.
Raziyam. Mən də irad bildirmisdim bir dəfə marketlərin birində bu barədə. Express kassada dayanmissm əlimdə cəmi 2 məhsul, ama məndən öndə arabaya gələn bir xanim..
Chox duz buyurursuz.
Get redd ol oyana sen ozun niye kemer taxmamisan?Yeke kishisen dexlisiz sheylerdi cekib paylashirsan utanmirsan?