Ru
16:16 / 17 Aprel 2024

"Bu gərginliyin təşəbbüskarı Fransadır" - Tofiq Zülfüqarov

1543
“Bu gərginlik bildiyiniz kimi, çoxdan var. Azərbaycan tərəfi bir müddət öncə diplomatik statusa aid olmayan fəaliyyətə görə iki diplomatı “presona-non-qrata” elan etdi və ölkədən çıxardı. Bundan sonra bəzi məsələlər ortaya çıxdı”.

Bunu Bakupost.az -a açıqlamasında Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Fransanın Azərbaycandakı səfirini geri çağırması haqda danışarkən deyib.

O, bu gərginliyə Fransanın təşəbbüskar olduğunu bildirib:

“Azərbaycan tərəfinin tələbi var idi ki, onların fəaliyyətinin bəzi məqamlarına aydınlıq gətirilsin. Bildiyimə görə, bu, baş verməyib. Ümumiyyətlə, bu gərginlik həmişə var və Azərbaycan bu gərginliyin təşəbbüskarı deyil. Bu, hesab edirəm ki, Fransa tərəfinin mövqeyidir. İnanmıram ki, Azərbaycan tərəfi bu cür addım atsın. Çünki əslinə qalsa Azərbaycan səfiri Fransada dövlətimizin maraqlarına uyğun fəaliyyət göstərir və biz bu imkanlardan istifadə etməliyik”.

Qeyd edək ki, Fransa Azərbaycandakı səfiri Anna Buayonu məsləhətləşmələr üçün ölkəsinə geri çağırıb.

Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər