Ru
08:35 / 27 İyul 2022

Bu gün “Qarabağ”ın oyunu var

Bu gün “Qarabağ”ın oyunu var
Eye

Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinə yekun vurulacaq.


Bakupost.az xəbər verir ki, həlledici görüşdə Azərbaycan çempionu “Qarabağ” İsveçrədə “Sürix”in qonağı olacaq.

İlk matçda Bakıda rəqibini 3:2 hesabı ilə məğlub edən Qurban Qurbanovun komandası səfərdə mərhələ adlamağa çalışacaq.

Qeyd edək ki, “Sürix” – “Qarabağ” cütünün qalibi Çempionlar Liqasında “Ferensvaroş” – “Slovan” duelinin güclüsü ilə qarşılaşacaq. İsveçrədəki qarşılaşmada mərhələ keçə bilməyəcək tərəf isə Avropa Liqasında “Linfild” (Şimali İrlandiya) – “Bodo Qlimt” (Norveç) cütünün məğlubi ilə üz-üzə gələcək.

Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunu
27 iyul
21:00. “Sürix” – “Qarabağ”
Baş hakim: Allard Lindhout (Niderland)
Sürix. Letzigrund stadionu
İlk oyun – 2:3

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar