2022-ci ildə Azərbaycana yeni növ koronavirus (COVID-19) əleyhinə ümumilikdə 3 milyon 280 min doza vaksin gətirilməsi nəzərdə tutulub.
Bakupost.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentindən bildirilib.
Qeyd olunub ki, ölkəyə cari ildə 3 milyon 200 min doza Çin istehsalı olan “Coronavac”, 80 min doza isə Rusiya istehsalı olan “Sputnik V” vaksininin gətirilməsi planlaşdırılıb.
Xatırladaq ki, hazırda Azərbaycanda COVID-19 əleyhinə vaksinasiyada “Coronavac”, “Sputnik V” və “Pfizer” vaksinlərindən istifadə olunur.