Ru
20:00 / 28 Mart 2023

Bu məhsullarda qiymət artımı təbiidir - Ekspert

5314
“Azərbaycanda bazar iqtisadiyyatı modeli çalışır. Bu modelin nəzəri əsaslarına görə, bazarda qiymətləri heç kim tənzimləmir. Qiymətlər tələb və təklif əsasında müəyyənləşir”.





Bu sözləri iqtisadçı Akif Nəsirli Bakupost.az -a qeyri-mövsümi meyvələrin qiymət artımı haqqında danışarkən deyib.

O, bazardakı qiymət artımını normal hal kimi qiymətləndirib:


“Bazardakı məhsulların maya dəyərinin bu məsələdə təsiri yoxdur. Artıq ehtiyat meyvələr tükənib. Qarpız 2-3 aydan sonra bazara çıxacaq. Bu mərhələdə həmin məhsulların bahalaşması təbiidir. Amma elə ölkələr var ki, məsələn, qarpız mövsümündə 30 qəpik olubsa, belə vaxtlarda onun qiyməti maksimum 60 qəpik olur. Yəni 100 faiz artım olur, 500 faiz yox”.

İqtisadçı qiymətlərin tənzimlənməsi üçün normal şərait olmadığını vurğulayıb:

“Meyvə və tərəvəzlərin anbarlaşdırılması da mövcuddur. Hansını anbarda saxlamaq mümkündürsə, orada saxlayırlar. Amma Azərbaycanda normal anbarlaşdırma şəraiti yoxdur. Hər rayonda bir-iki anbar tikiblər. Ona görə də həmin anbarlar bu qiymətlərə təsir edə bilmir.

Məhsulları istixana şəraitində yetişdirmək də mümkündür. Lakin bu təsərrüfat da son illlər zəifləməkdədir. Xaricə məhsul çıxışı məhdudlaşıb. Buna səbəb dünyada baş verən proseslərdir. Ona görə bu məhsulların baha olması təbii haldır”.

Aynur İbrahim
BakuPost


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər