Ru
14:25 / 19 İyun 2025

Bu ölkənin səfirliyi İrandan Bakıya köçdü

Bu ölkənin səfirliyi İrandan Bakıya köçdü
Eye

Macarıstan öz səfirliyini müvəqqəti olaraq İrandan Azərbaycana köçürüb.

Bakupost.az xəbər verir ki, bu barədə Macarıstan xarici işlər naziri Peter Siyarto sosial şəbəkə səhifəsindəki videomüraciətində bildirib.

XİN başçısı qeyd edib ki, Macarıstanın 6 vətəndaşı artıq Azərbaycan vasitəsilə İranı tərk edib. Bundan sonra o, diplomatlara da eyni şəkildə hərəkət etməyi tapşırıb:

"Tehrandakı səfirliyimizdə işləyən bütün diplomatlara və ailə üzvlərinə İranı tərk etmək barədə göstəriş vermək qərarına gəldim. Beləliklə, səfirliyin əməkdaşları və onların ailə üzvləri, ümumilikdə 15 nəfər də Azərbaycana təxliyə edilib. Tehrandakı səfirliyin işi təhlükəsizlik şəraiti yaxşılaşana qədər müvəqqəti olaraq Bakıdan həyata keçiriləcək. Orada işləyənlərin və onların ailələrinin, o cümlədən uşaqların həyatını qorumaq üçün bu qərarı qəbul etməli oldum".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar