Fiqurlu konkisürmə üzrə olimpiya çempionu və Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun həyat yoldaşı Tatyana Navka Avropa Birliyindən ona qarşı sanksiyaların qaldırılmasını və 2 milyon avrodan çox təzminat ödənilməsini tələb edib.
"Bakupost" xarici mətbuata istinadən xəbər verir ki, bu, tələb Navkanın Avropa İttifaqının rəsmi jurnalında dərc olunmuş məhkəmə iddiasında öz əksini tapıb.
İddia ərizəsində Peskovun həyat yoldaşı Aİ Şurasının onu qara siyahıya salmaq üçün kifayət qədər əsasının olmadığını iddia edib. Sənəddə məhdudiyyətlərin "onun insan ləyaqətinə olan hüququnu, eləcə də ailə həyatına və uşaqlarına hörmət hüququnu pozduğu" vurğulanır. Navka maddi ziyana görə təxminən 135.000 avro və mənəvi ziyana görə 1,9 milyon avrodan çox təzminat tələb edib.
Qeyd edək ki, Navkaya qarşı sanksiyalar, 2022-ci ildə "Ukraynanın ərazi bütövlüyünü təhdid edən hərəkətləri dəstəkləyən şəxs" ilə əlaqəsi və onun ilhaq edilmiş Krımda şirkətlərə və əmlaka ortaq sahibliyi səbəbindən tətbiq edilib.
Rüfət Sultan,
BakuPost