Ru
10:26 / 21 Sentyabr 2022

"Bu, onların mənəvi haqqıdır" - GZR-in yaradılmasına reaksiya

"Bu, onların mənəvi haqqıdır" - GZR-in yaradılmasına reaksiya
Eye

Xəbər verdiyimiz kimi, 1988-1989-cu illərə qədər indiki Ermənistanın ayrı-ayrı ərazilərində kompakt yaşamış azərbaycanlı əhalinin tam əksəriyyətinin təmsilçiləri olan, tarixi yurdlarından 32 ildir məhrum edilmiş 200 (iki yüz) nəfərə yaxın ziyalıdan formalaşmış Qərbi Azərbaycana Qayıdış Birliyi (QAQB) Ali Məşvərət Şurası Göyçə-Zəngəzur Respublikasının (GZR) yaradıldığı ilə bağlı bəyanat yayıb.




Millət vəkili Aydın Hüseynov Göyçə Zəngəzur Respublikasının yaradılması ilə bağlı Bakupost.az -a açıqlamasında bildirib ki, onların öz tarixi torpaqları ilə bağlı arzularını təşkilati formada yerinə yetirmək mənəvi haqlarıdır:





"Bu tarixi fakt və həqiqətdir ki, yüz illərlə Göyçə mahalında, Zəngəzurda azərbaycanlılar yaşayıb. Mədəniyyət və tariximizin çox böyük bir parçası məhz Göyçə-Zəngəzurla bağlıdır. Göyçə mahalı bizim folklorumuz, xalq yaradıcılığımızda böyük rol oynayıb. Aşıq Alı, Aşıq Ələsgərdən və onlardan əvvəl başlayaraq, orada folklor və incəsənətimizin böyük tarixi var. Bununla yanaşı, orada qədim tarixi abidələrimiz də mövcuddur. Ən başlıcası odur ki, ermənilər Göyçə mahalını sonradan Çəmbərəkənd və Basarkeçər rayonuna böldülər. Daha sonra Basarkeçərin adını dəyişib Vardenis etdilər. Göyçə mahalında 1988-ci ilə qədər soydaşlarımız yaşayıb. Göyçə-Zəngəzur o vaxt orada doğulan, indi 34 yaşında olan insanlarımızın Vətəndir. Əlbəttə, yurd, torpaq həsrəti onları zaman-zaman üzür. Ona görə də o insanların tam mənəvi haqqıdır ki, öz tarixi torpaqları ilə bağlı hər hansı bir arzu-istəyini təşkilati formada yerinə yetirsin. Bu istiqamətdə hər hansı işlərin görülməsi onların haqqıdır. Zəngəzurda Urud kimi qədim məskənlərimiz var. Bu kəndin tarixi min illəri əhatə edir. Orada böyüyən, boya-başa çatan insanlar var ki, bu gün öz yurdlarına qayıtmağı istəyirlər. Təbii ki, onlar hər hansı bir formada bu prosesi həyata keçirmək istəyirlər".




Fərid
Baku Post

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar