Bir çox ərzaqlar var ki, onlar kişilər üçün xeyirlidir. Məhz həmin ərzaqlardan güclü cinsin nümayəndələrinin çox istifadə etməsi məsləhətdir. Bəs görəsən, həmin qida vasitələri hansılardır?
Bakupost.az iki sahil-ə istinadən sözügedən faydalı ərzaqların siyahısını təqdim edir:
Yoqurt - Tərkibində B12 vitamini var. O, kişilərdə immuniteti artırır.
Manqo - Kalorisi azdır. Amma kişilərdə infarkt riskini azaldır, orqanizmdə A vitaminini artırır.
Qarağat şirəsi - Orqanizmin müqavimət gücünü artırır. Həm də qarağat şirəsi artıq piylərdən xilas olmaq üçün ən yaxşı vasitədir. Qarağat kişilərdə Hepatit C-yə yoluxma riskini də azaldır.
Kişiləri arıqladan qidalar:
·Cəfəri
·Balıq konservası
·Toyuq ciyəri
·Lobya
Qreypfrut - aparılan araşdırmalar nəticəsində məlum olub ki, hər dəfə yeməkdən sonra qreypfrutun yarısını yeyən kişilər 1 həftəyə 2 kiloqram arıqlayır.
Kişilərə məsləhət görülür ki, arıqlamaq üçün idman edərkən saat 16.00-dan 17.00-a kimi olan müddəti seçsinlər. Mütəxəssislərin dediyinə görə, günün bu saatında kişi orqanizmində temperatur yüksəlir. Bu da artıq piylərin daha tez əriməsinə kömək edir.