Ru
21:17 / 18 İyun 2026

Bayramov İshaq Darla ABŞ-İran razılaşmasını müzakirə etdi

Bayramov İshaq Darla ABŞ-İran razılaşmasını müzakirə etdi
Eye

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə pakistanlı həmkarı Məhəmməd İshaq Dar arasında telefon danışığı aparılıb.


Bakupost.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Telefon danışığı zamanı ABŞ ilə İran arasında Anlaşma Memorandumu üzrə əldə olunmuş razılaşma ətrafında fikir mübadiləsi aparılıb.

Pakistanın danışıqlar prosesində oynadığı mühüm vasitəçilik rolu Azərbaycan adından təqdir olunub, xüsusilə Pakistanın Baş naziri cənab Şahbaz Şərifin, Baş nazirin müavini və xarici işlər naziri Məhəmməd İshaq Darın, eləcə də Müdafiə Qüvvələri Rəisi feldmarşal Asim Munirin şəxsi töhfələrinin danışıqların uğurla yekunlaşmasında əhəmiyyətli rol oynadığı vurğulanıb. Həmçinin, prosesə dəstək göstərən digər regional tərəfdaşların töhfələri məmnunluqla qeyd edilib.

Tərəflər əldə olunmuş razılaşmanın regionda gərginliyin azaldılmasına, qarşılıqlı etimadın möhkəmləndirilməsinə və diplomatik həll yollarının təşviqinə xidmət etdiyini qeyd ediblər.

C. Bayramov növbəti mərhələdə hərtərəfli razılaşmanın əldə olunması istiqamətində aparılacaq danışıqların davamlı sülhün, təhlükəsizliyin və sabitliyin təmin olunmasına mühüm töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar