Ru
14:36 / 07 İyun 2024

"Bu, vicdansızlıq və ləyaqətsizlik nümunəsidir" - Açıqlama

2409
Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippot prezident Emmanuel Makronun Ukrayaya “Mirage 2000-5”qırıcılarını göndərmək qərarının Üçüncü Dünya müharibəsi riskini artırdığını bildirib. Onun sözlərinə görə, Fransa lideri Kiyevə silah ötürməklə öz ordusunu qarət edir. Partiya sədri buna görə Makronu “zır dəli” adlandırıb. Filippo bu müharibənin "Fransanın müharibəsi olmadığını" bildirib.

Mövzunu şərh edən hərbi ekspert Ədalət Verdiyev Bakupost.az -a açıqlamasında Makronun bu siyasətlə Fransanı fəlakətə sürüklədiyini deyib:

O qeyd eib ki, onun apardığı yalnış və ləyaqətsiz siyasət nəticəsində Avropanın siyasi mərkəzlərindən biri olan Fransa özünün nüfuzunu çox aşağı səviyyəyə endirib:

"Artıq Fransanın özündə belə sağlam məntiqə malik siyasətçilər Makronu müxtəlif formalarda, amma çox sərt tənqid və təhqir edirlər. Bu gün Ukraynada baş verən fəlakət, xalqın başına gətirilən müsibətlər məhz Makron kimi siyasətçilərin populist çıxışlarından sonra mümkün oldu. Fransa hazırda Ukrayna müharibəsinin başa çatması üçün heç bir fəaliyyət göstərmir, əksinə, Rusiyanı qıcıqlandırmaq, Ukraynaya isə cüzi silahlar verməklə məşğuldur. Silahların verilməsi də kifayət qədər ləng rejimdə həyata keçirilir. Fransa daha əvvəl də öz qoşunlarının Ukraynaya gedəcəyini açıqlamışdı. Lakin Rusiya tərəfi Ukrayna ərazisində fransız qoşunlarının “ovuna” çıxdığı üçün məncə, Fransa bu məqsədindən artıq yayınıb və Ukraynada hərbçilərə təlim keçiriləcəyini vəd edir. Təlimin isə harda keçiriləcəyi açıqlanmır. Böyük ehtimalla bu, Ukrayna ərazisi olmayacaq".

Ekspert qeyd edib ki, Fransa və ABŞ-in Ukrayanada hansı maraqlarının olduğu bəllidir:

"Onlar Ukrayna vasitəsilə Rusiyanı zəiflətmək barədə düşünürdülər. Lakin nəticədə Ukrayna darmadağın bir vəziyyətdədir. Eynisini biz əvvəl Gürcüstanda da izləmişik və bunu Ermənistanda da gözləyirik. Hər halda Fransa prezidentinin bu günki davranışları vicdansızlıq və ləyaqətsizlik nümunəsidir. Bu isə sonda Fransanın özünə böyük fəlakətlər gətirəcək”.

Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər