Ru
09:23 / 24 Avqust 2021

Bu yollarda tıxac var - SİYAHI

8318
Bakı Nəqliyyat Agentliyi paytaxt ərazisində sıxlıq yaranan əraziləri açıqlayıb.

Agentlikdən Bakupost.az -a verilən məlumata görə, hazırda Bakı – Sumqayıt şossesi – (Xırdalan dairəsi istiqamətindən başlayaraq, Avtovağzal metro stansiyasının yaxınlığına qədər, 20 Yanvar dairəsi istiqamətində), Binəqədi şosesi – (Əsasən, Biləcəri – Baksol yolu ilə kəsişməyə qədər, şəhər istiqamətində) sıxlıq müşahidə olunmaqdadır. Sıxlıq başlayan hissədə heç bir küçə kəsişməsi yoxdur.

Həmçinin, Ziya Bünyadov prospekti – Əsas yol (Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən başlayaraq, DİN Hospitalın qarşısına qədər olan hissə, 20 Yanvar dairəsi istiqaməti üzrə) sıxlıq müşahidə olunur. Səbəbi isə yol-nəqliyyat vasitələrinin çoxluğudur.

Tbilisi prospekti – Əsas yol - (20 Yanvar dairəsindən başlayaraq, əsasən, Abdulvahab Salamzadə küçəsi ilə kəsişməyə qədər, şəhər istiqamətində) sıxlıq var.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər