Ru
12:22 / 08 Aprel 2025

Buraxılış imtahanlarının cavabları bu tarixdə açıqlanacaq

Buraxılış imtahanlarının cavabları bu tarixdə açıqlanacaq
Eye

Martın 2-də keçirilən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının cavabı həftəsonu açıqlanacaq.

Bakupost.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin aparat rəhbəri Vəfadar Misirov deyib.

O əlavə edib ki, martın 9-da keçirilən imtahanların cavabı isə qaydalara uyğun olaraq 6 həftə sonra açıqlanacaq.

Qeyd edək ki, martın 2-də keçirilən buraxılış imtahanlarında imtahanda 57 mindən çox şagirdin iştirakı nəzərdə tutulmuşdu. İlkin məlumatlara əsasən, 6 nəfərdə mobil telefon, 1 nəfərdə ağıllı saat aşkarlandığı üçün imtahandan xaric edilib. 2 nəzarətçi isə iştirakçılara kömək etməyə cəhd etdiyi üçün imtahandan kənarlaşdırılıb. Qeyd olunan hallarla bağlı araşdırma aparılır

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar