Ru
12:41 / 27 İyun 2022

Buz dövründən qalma mamont mumyası tapıldı

Buz dövründən qalma mamont mumyası tapıldı
Eye

Kanadanın Yukon bölgəsində Klondike qızıl kəşfiyyat zonasında Buz dövründən qalma mamont mumyası tapılıb.


Bakupost.az xəbər verir ki, bir mədənçi tərəfindən kəşf edilən mumya 30 min illik tarixə malikdir.

Onun indiyədək pozulmadan qalması elm dünyasında həyəcan yaradıb.

Tapılan qalıq, yunlu mamont növünə aiddir.

Dişi bala mamonta “böyük körpə heyvan” mənasını verən “Nun cho ga” adı verilib.

Yukon bölgəsinin yerli xalqı mamont üçün mərasim də hazırlayıb.

Qeyd edək ki, körpə mamontun 140 sm uzunluğunda olduğu bildirilib. Mamont öləndə 30-35 günlük olub.


Aynur
BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar