Ru
14:31 / 06 İyun 2024

Çexiyada qatarlar toqquşdu: 4 nəfər ölüb, 22 nəfər yaralanıb

884
Çexiyada sərnişin qatarının kimyəvi maddələr daşıyan yük qatarı ilə toqquşması nəticəsində 4 nəfər ölüb, 22 nəfər yaralanıb.

Bakupost.az xəbər verir ki, Çexiyanın paytaxtı Praqadan Slovakiyaya 300-dən çox adamla yola düşən sərnişin qatarı yerli vaxtla saat 23:00 radələrində Pardubice şəhərində yük qatarı ilə üzbəüz toqquşub.

Bölgəyə yanğınsöndürmə briqadası, xilasetmə və tibb qrupları göndərilib. Yanğınsöndürmə idarəsindən verilən məlumata görə, dəhşətli qəzada 4 nəfər ölüb, 22 nəfər yaralanıb.

Bildirilib ki, kimyəvi maddələr daşıyan yük qatarının ilk iki vaqonu boş olduğundan təhlükəli materialın sızması olmayıb. Maşinistlərin sağ olduğu və toqquşmanın sərnişin qatarını idarə edən maşinistin səhvi ucbatından baş verə biləcəyi bildirilib.

Çexiyanın Baş naziri Petr Fiala sosial media hesabında etdiyi paylaşımda həyatını itirənlərin yaxınlarına başsağlığı verib.


Elnur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər