Ru
16:50 / 17 Aprel 2024

Çingiz Abdullayev evə buraxıldı - FOTO

2366
Aprelin 6-sı səhər saat 3 radələrində səhhətində yaranmış problemi ilə bağlı Mərkəzi Gömrük Hospitalına daxil olmuş Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi Çingiz Abdullayev bu gün evə buraxılıb.

Bu barədə Bakupost.az -a hospitaldan məlumat verilib.

Qeyd olunub ki, Çingiz Abdullayevi Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, Mərkəzi Gömrük Hospitalının rəisi-baş həkimi Bəxtiyar Musayev, rəis müavini Nabil Seyidov və Əməliyyatxana, Reanimasiya və İntensiv Terapiya şöbəsinin reanimatoloqları və tibb heyəti evə yola salıb.
Çingiz Abdullayev evə buraxıldı -  FOTO
Çingiz Abdullayev evə buraxıldı -  FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər