Ru
23:00 / 10 May 2022

Çiyələkdə zəhərli nitratın çox olduğunu necə bilməli? - Aqronom

Çiyələkdə zəhərli nitratın çox olduğunu necə bilməli? - Aqronom
Eye

Hazırda çox miqdarda nitratla yetişdirilmiş çiyələklər satışa çıxarılıb.


Bakupost.az xəbər verir ki, rusiyalı aqronom Vladimir Vikulov çiyələyin nitratdan bol olduğunu bilməyin yollarını açıqlayıb.

Erkən fəsil çiyələyi hava əlverişli olmadığı üçün istixanalarda müəyyən qatqılarla yetişdirilir.

Giləmeyvədə çox sayda nitrat olmasını onun rənginin solğun, bəzi yerlərdə ağımtıl, sarımtıl olması və spesifik, şirin çiyələk ətrinin olmamasından bilmək olar:

“Elə sahibkarlar var ki, onlar çiyələyi optimal olmayan şəraitdə qruntda yerləşdirir, ora gün işığı, istilik düşmür. Torpaqda azot qalıqları çox qalır, bu da nitratların hədsiz toplanmasına səbəb olur.

Ona görə bu mövsümdə çalışın, az çiyələk alasınız.

Alarkən onun rənginə, ətrinə, yarpaq hissəsinin rənginə diqqət yetirin. Təbii görünməyən, çox iri, parlaq, ətirsiz, ağarmış rəng, solğunluq nitratların çoxluğuna işarədir”.


Aygün Musayeva
BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar