ABŞ-nin Kaliforniya ştatında yaşayan Azərbaycan vətəndaşı Sevindik Hüseynov 137 milyon dollarlıq dələduzluqda şübhəli bilinir.
Bakupost.az Qafqazinfo-ya istinadla xəbər verir ki, bu barədə Şimali Kaliforniya məhkəməsinin materiallarında deyilir.
Dindirmə materiallarından belə çıxır ki, S.Hüseynov saxta tibbi sənədlər, göndərişlər və hesab-fakturalar vasitəsilə külli miqdarda pul mənimsəyib.
Onun ölkəni tərk etmək istəyərkən hava limanında saxlanıldığı bildirilir.