Ru
20:23 / 07 İyul 2025

General-polkovnik Xəlil Arslanova 17 il həbs verildi - SƏBƏB

General-polkovnik Xəlil Arslanova 17 il həbs verildi - SƏBƏB
Eye

Rusiyanın Qarnizon Hərbi Məhkəməsi ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin keçmiş müavini, general-polkovnik Xəlil Arslanovu rüşvətxorluq və dələduzluğa dair cinayət işi üzrə 17 il müddətinə azadlıqdan məhrum edib.

Bakupost.az xəbər verir ki, bu barədə TASS-ın müxbiri məhkəmə zalından məlumat verib.

Məhkəmə Arslanovu Rusiya Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi (xüsusilə külli miqdarda dələduzluq), Rusiya Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı hissəsi (xüsusilə külli miqdarda rüşvət alma) ilə təqsirli bilib və barəsində cəzasını ciddi rejimli koloniyada çəkməklə 17 il müddətinə azadlıqdan məhrumetmə hökmü çıxarıb.

Arslanov həmçinin 24 milyon rubldan çox (təxminən 518 500 min manat - red.) cərimələnib.

Qeyd edək ki, Rusiya Baş Qərargah rəisinin müavini, general-polkovnik Xəlil Arslanov hərbi texnikanın təmirinə ayrılmış 6,7 milyard rubl vəsaiti mənimsəmə ittihamı ilə 2020-ci ilin fevralında həbs edilmişdi.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar