Ru
20:48 / 07 İyul 2025

Ərdoğanı tənqid edən türk mafioz görün, harada ölü tapıldı...

Ərdoğanı tənqid edən türk mafioz görün, harada ölü tapıldı...
Eye

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanı tənqid edən türk mafioz Almaniyada fahişəxanada ölüb.

Bakupost.az xəbər verir ki, bu barədə məlumatı “Bild” yayıb.

Bildirilib ki, bu, son iki ayda ikinci belə hadisədir.

Məlumata görə, həbsdən çıxandan qısa müddət sonra mafioz Məhəmməd Yakut Şimali Reyn-Vestfaliya əyalətinin Castrop-Rauxel qəsəbəsindəki fahişəxanaya gedib və həmin gecə qəflətən orada ölüb. Yakut Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və hakim partiyanı tənqid edən kriminal aləmin simalarından biri olub. Bundan əvvəl, may ayında Niderlandda daha bir mafioz, Cəmil Önal güllələnmişdi.

Qeyd edilib ki, o, Ərdoğanın kəskin tənqidçisi olub və başqa bir mafioz Sədat Pekerlə 25 ildir dostdur.
Yakut 2023-cü ildə tənqidi videolar yaydıqdan sonra Türkiyədən qaçıb. Türkiyə prokurorluq orqanları böhtan və digər cinayətlərə görə onu beynəlxalq axtarışa verib. Yakut isə yeni ifşalarla təhdid etməyə davam edib, digər mafiozlarla, o cümlədən Cəmil Önalla görüşüb və onlar Ərdoğanı açıq şəkildə təhdid ediblər.
Önal 2025-ci il mayın 1-də Niderlandın Haaqa şəhəri yaxınlığındakı bir otel restoranında dostu ilə görüşərək

Yakutun hüquqi dəstəyini müzakirə edib. Qəfildən restorana girən silahlı şəxs Önala yaxın məsafədən bir neçə dəfə atəş açıb və onu öldürüb.

Asena,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar