Ru
17:51 / 14 May 2025

Daha bir məktəbdə "Son zəng"ə pul yığılır? - AÇIQLAMA

Daha bir məktəbdə "Son zəng"ə pul yığılır?  - AÇIQLAMA
Eye

Bu gün 308 nömrəli tam orta məktəbdə "Son zəng" tədbirinə görə şagirdlərin hər birindən 150 manat, XI siniflərin dərsdə iştirak etməməsinə görə isə aylıq 100 manat pul tələb edilməsi ilə bağlı sosial şəbəkələrdə məlumat paylaşılıb.

Bakupost.az xəbər verir ki, sözügedən məktəbdən APA-yaverilən məlumata görə, vəsaitin tələb olunmasına dair iddialar həqiqəti əks etdirmir.

Qeyd edilib ki, "Son zəng" tədbirinə hazırlıqlar Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məktəblərə göndərilmiş müvafiq təlimatına uyğun şəkildə aparılır.

Həmçinin sözügedən məktəbin XI sinif şagirdlərindən dərsdə iştirakdan azad olmaq üçün ayda 100 manat tələb olunma iddiasına da münasibət bildirilib. Qeyd olunub ki, 308 nömrəli məktəbdə XI sinif şagirdləri tədris prosesində iştirak edirlər.



Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar