Rusiyanın xarici işlər naziri Sergey Lavrov mayın 15-də İstanbulda keçiriləcək danışıqlarda iştirak etməyəcək.
Bakupost.az xəbər verir ki, bu barədə məlumatı “kommersant.ru” yayıb.
İclasda Rusiyanı konkret kimin təmsil edəcəyi hələlik rəsmən açıqlanmayıb.
Həmçinin ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff dövlət katibi Marko Rubio ilə mayın 16-da İstanbula yollanacağı barədə məlumat verib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Vladimir Putinin mayın 15-nə planlaşdırılan işgüzar görüşləri var. O, onların konkret harada keçiriləcəyi sualından yayınıb.
Aygün, Bakupost.az