Biləsuvar rayonu, Nəsimi kəndi ərazisində "Belarus" markalı traktoru içkili halda sürən şəxs saxlanılıb.
Bakupost.az xəbər verir ki, qaynarinfo-nun məlumatına görə, 1990-ci il təvəllüdlü Nəsimi Həsənov (şərti) barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə protokol tərtib edilib və işə məhkəmədə baxılıb.
Məlum olub ki, Nəsimi Həsənov gecə saatlarında spirtli içki qəbul edərək, kənddə traktor sürməyə başlayıb və kənd sakinlərinin narahatlığına səbəb olub. O, hərəkətindən peşman olduğunu bildirib.
Məhkənin qərarı ilə onun nəqliyyat vasitələrini idarə etmək hüququ 6 ay müddətinə məhdudlaşdırılıb.