Ru
17:58 / 14 May 2025

Töhmət alan agentlik sədrindən yeni TƏYİNATLAR

Töhmət alan agentlik sədrindən yeni TƏYİNATLAR
Eye

İşində yol verdiyi nöqsanlara görə şiddətli töhmət alan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev regional idarələrdə kadr təyinatı aparıb.

Bakupost.az Qaynarinfo-ya istinadla xəbər verir ki, Quliyev Təyyar Səlahəddin oğlu İsmayıllı Regional Turizm İdarəsinə rəis təyin edilib.

Məlikov Şahin Abid oğlu Şəki Regional Turizm İdarəsinə, Cabarov Samir Bakir oğlu Quba Regional Turizm İdarəsinə rəhbərlik edəcək.

Bir neçə ay əvvəl Dövlət Turizm Agentliyinin Mingəçevir Regional Turizm İdarəsinin rəisi Qarayev Fariz Rasim oğlu vəzifəsindən azad edilərək, Gəncə Regional Turizm İdarəsinin rəisi vəzifəsinə gətirilmişdi.

Kərimov Tural Adil oğlu isə Mingəçevir Regional Turizm İdarəsinin rəisi təyin edilib.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar