Azərbaycanlı bloqer Hüseyn Həsənov Rusiya dövlətinin onu axtarışa verilməsi ilə bağlı yayılan elana münasibət bildirib.
Bakupost.az xəbər verir ki, o bu haqda instaqram hesabında açıqlama verib.
Vergi borcum yoxdur. Bəli, yüksək səslənir – “qiyabi həbs”, amma əslində hər şey o qədər də dramatik deyil. Keçən il bütün vergi məsələləri bağlanmışdı. Artıq vəkillərim məsələ ilə bağlı işləyirlər.
Qeyd edək ki, H. Həsənov Rusiya Cinayət Məcəlləsinin 174-cü maddəsinin 4-cü hissəsinə əsasən - xüsusilə külli miqdarda pul vəsaitlərinin leqallaşdırılması və yuyulmasında ittiham olunur. Onu yeddi ilə qədər həbs gözləyir.
Aygün, Bakupost.az