Amerika Birləşmiş Ştatlarının Suriyanın hazırkı rəhbərliyi ilə münasibətlər qurmaq planları tamamilə başa düşüləndir.
Bakupost.az “TASS”a istinadən xəbər verir ki , bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov danışıb.
" Bilirsiniz ki, biz də Suriyanın hazırkı rəhbərliyi ilə əlaqələr qururuq. Amerikalılar da eyni şeyi edirlər, buna görə də başa düşüləndir. Suriya xalqının nəhayət layiq olduğu sülhü, sabitliyi əldə etməsi üçün əlaqələr qurmalıyıq. ", - Kreml nümayəndəsi bildirib.
Aysel,
BakuPost