Azərbaycan Respublikasının Moskvadakı səfiri Rəhman Mustafayev Rusiya Xarici İşlər Nazirliyinin binasını tərk edib.
Bakupost.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Diplomatın Rusiya XİN-in binasında bir saata yaxın qaldığı qeyd edilir.
Qeyd edək ki, səfirimiz Rusiya XİN-ə iyunun 30-da Bakıda "Sputnik Azərbaycan"ın Bakı filialının icraçı direktoru İqor Kartavıx və baş redaktor Yevgeni Belousovun saxlanılması ilə bağlı çağırılmışdı.
Azərbaycan hüquq-mühafizə orqanları rusiyalı jurnalistlərin FSB-nin gizli agentləri olduğundan şübhələndiyi üçün onları saxlayıb.
Zaur, BakuPost