Ru
12:17 / 01 İyul 2025

"Rusla ingiliscə danışa biliriksə, rus dilinə ehtiyac yoxdur" - Professor

"Rusla ingiliscə danışa biliriksə, rus dilinə ehtiyac yoxdur" - Professor
Eye

"Kimin hər hansı xarici dilin vacibliyinə hansı don geydirməyindən asılı olmayaraq, ana dilini ünsiyyət, tədris, mədəni inkişaf və tədqiqat vasitəsi kimi heç bir dil əvəz edə bilməz. Onu bilməmək, yaxşı bilməmək yarımçıqlıqdır. O, bizim qanımızda, canımızda, tərbiyəmizdə, hisslərimizdə, zövqümüzdədir".

Bakupost.az xəbər verir ki, bunu filologiya elmləri doktoru, professor Telman Cəfərov bildirib.

Onun sözlərinə görə, bağça və məktəbdə uşaqların ana dilində təlim-tərbiyədən məhrum olması şəxsiyyətin formalaşmasında, bütövlüyündə insan üçün həyat boyu bu yarımçıqlığın dərki və aradan qaldırılması ilə müşayiət olunan mənəvi-psixoloji proses, travmadır:

"Qaldı rus dilinə - bu, bizim daxili işimizdir. O, bizə nə qədər lazımdır, hansı tarixi zaman kəsiyində ona ehtiyacımız var, o həcmdə də onu öyrənəcək, ondan istifadə edəcəyik. Biz qazaxla, özbəklə türkcə, polyakla, estonla, rusun özü ilə ingiliscə danışa, yazışa biliriksə, rus dilinə ehtiyac qalmır. Övladımıza dövlət dilində yaxşı təhsil verə biliriksə, lazımi tədris, tədqiqat resursunu öz dilimizdə əldə edə biliriksə, onda nə ingilisə, nə rusa ehtiyac qalmır. Yox, russuz, ingilissiz keçinə bilmiriksə, onda o əcnəbi dillərdən tam imtina edə bilməyəcəyik. Yəni zamana ehtiyacımız var.

Amma bir şey gün kimi aydındı ki, bu gün Azərbaycan ərazisində ingilis, rus, türk, gürcü dillərində təlim aparılan siniflərdə (özəl məktəblər daxil) o dillərlə yanaşı, dövlət dilimiz tədris dili kimi fəaliyyətdə olmalıdır. Yeni dərs ili ərəfəsində bu problem ən aktual, milli və həyati məsələ kimi həllini tapmalıdır".

Zaur, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar