Ru
19:42 / 14 May 2025

Rusiya tanınmış azərbaycanlını - AXTARIŞA VERDİ

Rusiya tanınmış azərbaycanlını - AXTARIŞA VERDİ
Eye

Rusiya azərbaycanlı bloqer Hüseyn Həsənovu axtarışa verib.

Bakupost.az xəbər verir ki, bu haqda “Mash” teleqram kanalı məlumat yayıb.

O, Rusiya Cinayət Məcəlləsinin 174-cü maddəsinin 4-cü hissəsinə əsasən - xüsusilə külli miqdarda pul vəsaitlərinin leqallaşdırılması və yuyulmasında ittiham olunur.

Mənbə qeyd edir ki, sosial şəbəkə fenomeni 2024-cü ildən Rusiyada olmayıb, Azərbaycanda məskunlaşıb. Keçən il Moskvada Federal Vergi Xidməti 145 milyon rubl borcuna görə Hüseynə qarşı iddia qaldırıb; şirkətlərinin hesabları bloklanıb.

Çirkli pulların yuyulması ittihamı ilə axtarışa verilən Hüseyn barəsində qiyabi həbs qərarı verilib. Onu yeddi ilə qədər həbs gözləyir.

Qeyd edək ki, H.Həsənov uzun müddət idi Rusiyada yaşayırdı, o, ara-sıra Azərbaycana da gəlirdi.



Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar